Əvvəl arvadını sonra özünü bıçaqlamaqda şübhəli bilinir

evvel-arvadini-sonra-ozunu-bicaqlamaqda-subheli-bilinir
Oxunma sayı: 571

Ağcabədi rayonunda ər-arvad bıçaq xəsarətləri alıblar.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndində baş verib.

33 yaşlı Əlimərdan Ağayev əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Ağayevaya daha sonra özünə bıçaqla xəsarə yetirməkdə şübhəli bilinir.

Yaralı ər-arvad xəstəxanaya çatdırılıb və əməliyyat olunublar.

Faktla bağlı araşdırma davam etdirilir.

Ziya Əmirxanlı