Əvvəlcə azyaşlını vurdu, sonra maşını aşdı - Fotolar

evvelce-azyaslini-vurdu-sonra-masini-asdi
Oxunma sayı: 853

Tovuz rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən azyaşlı piyadanı vurub.

İdarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı fərdi yaşayış evinin həyətinə aşıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev