“Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyerası ərzində qazandığı nəticələrə görə eyni anda dörd dəfə “Ginnesin Rekordlar Kitabı”na düşməyi bacarıb.
“Qafqazinfo” xəbər verir ki, norveçli bombardir rəsmi olaraq aşağıdakı göstəricilərə görə rekordçu kimi tanınıb:
UEFA Millətlər Liqasının ən yaxşı bombardiri – Onun aktivində 19 qol var ki, bu da turnirin mütləq rekordudur;
İngiltərə Premyer Liqasında (EPL) ən sürətli 100 qol vuran futbolçu – Bu nəticəni göstərmək üçün Haalanda cəmi 111 matç kifayət edib;
EPL-də bir mövsümdə vurulan qol sayına görə rekordçu (38 tur formatında) – Norveçli hücumçu bir mövsüm ərzində 36 qol vurmağı bacarıb;
Çempionlar Liqasında bir oyunda 5 qol vuran futbolçu – Tarix ərzində bu uğura cəmi iki oyunçu – Lionel Messi və Luis Adriano imza atmışdı ki, indi Haaland da onların sırasına qoşulub.
Xatırladaq ki, Haaland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. Norveçli hücumçu bu müddət ərzində İngiltərə klubunun heyətində bütün turnirlərdə 198 oyuna çıxaraq 162 qol vurub. Həmçinin o, “Siti”nin heyətində iki dəfə İngiltərə çempionu olub və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Son xəbərlər
Son Xəbərlər