Əziz Orucov saxlanıldı - Yenilənib

eziz-orucov-saxlanildi
Oxunma sayı: 13818

“Kanal 13” internet televizayasının rəhbəri Əziz Orucov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb. 

Vəkil Bəhruz Bayramov bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aparıb. O, hazırda polis idarəsinə aparılır. Kanal rəhbərinin konkret cinayət işi ilə bağlı saxlanıldığı deyilir.

***

Əziz Orucov cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. 

Ə.Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur. O, şübhəli şəxs qismində saxlanılıb.