FAB Şirkətlər Qrupu İraqda - Yeni ixrac bazarlarına doğru

fab-sirketler-qrupu-iraqda
Oxunma sayı: 288

FAB Şirkətlər Qrupu 27-30 avqustda İraqda keçirilən Erbil Build Expo 2026 sərgisində iştirak edir. Sərgidə FAB brendinin boya məhsulları, quru inşaat qarışıqları, polimer və digər tikinti-təmir məhsullarından ibarət geniş məhsul portfeli beynəlxalq auditoriyaya təqdim olunur. 

“Qafqazinfo” xəbər verir ki, “Erbil Build Expo 2026” çərçivəsində şirkət nümayəndələrinin müxtəlif ölkələrdən olan biznes tərəfdaşları, distribyutorlar, tikinti şirkətləri, layihə rəhbərləri və sektor nümayəndələri ilə görüşlər keçirməsi, mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etməsi nəzərdə tutulub.

Bu sərgi şirkət üçün məhsulların xarici bazarlarda tanıdılması ilə yanaşı, İraq və region ölkələrindən olan potensial tərəfdaşlarla birbaşa biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

FAB Şirkətlər Qrupu beynəlxalq sərgilərdə iştirakını bundan sonra da davam etdirəcək. Şirkət ixrac coğrafiyasının genişləndirilməsini, yeni bazarlara çıxış imkanlarının artırılmasını və Azərbaycan sənayesinin rəqabətqabiliyyətli məhsullarının beynəlxalq arenada daha geniş tanıdılmasını əsas prioritetlərdən biri kimi qarşıya qoyub.