FAB Şirkətlər Qrupu 2–4 sentyabr 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 32-ci Beynəlxalq Tikinti və İnteryer Sərgisi – “KazBuild-2026”da iştirak edir.
Sərgidə şirkətin tikinti və təmir sektoru üzrə məhsul portfeli, o cümlədən FAB brendinin boya məhsulları, quru inşaat qarışıqları, HILLFAN boruları, NEOTEK kabelləri, polimer məhsullar və digər tikinti materialları beynəlxalq auditoriyaya təqdim olunur.
“KazBuild-2026” çərçivəsində FAB Şirkətlər Qrupunun nümayəndələri müxtəlif ölkələri təmsil edən biznes tərəfdaşları, distribyutorlar, tikinti şirkətləri və sektorun digər iştirakçıları ilə görüşlər keçirir. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları, yeni bazarlara çıxış perspektivləri və ixrac əlaqələrinin inkişaf etdirilməsi istiqamətləri müzakirə olunur.
Sərgidə iştirak FAB Şirkətlər Qrupu üçün məhsulların beynəlxalq bazarlarda tanıdılması, yeni işgüzar əlaqələrin qurulması, eləcə də Qazaxıstan və digər Orta Asiya ölkələrindən olan potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.
FAB Şirkətlər Qrupu beynəlxalq sərgilərdə iştirak etməklə ixrac coğrafiyasının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və Azərbaycan istehsalı olan məhsulların beynəlxalq bazarlarda daha geniş təmsil olunması istiqamətində fəaliyyətini davam etdirir.








Son xəbərlər
Son Xəbərlər