“Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi

faiq-memmedov-qarabag-universitetinde-hec-vaxt-calismayib
Oxunma sayı: 926

Qarabağ Universitetində idman müəllimi işlədiyi iddia olunan Faiq Məmmədovun dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumat yayılıb. 

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

Məlumat üçün bildirək ki, hədə-qorxu ilə tələb etmə və əxlaqsız hərəkətlərdə ittiham olunan 33 yaşlı şəxsin 11 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.