Faktiki hava - Açıqlandı

faktiki-hava
Oxunma sayı: 478

Avqustun 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Ağstafada 7, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 17 m/s, Culfa, Neftçalada 20 m/s, Naftalan, Tərtər, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.