“Fatih” saxlanıldı

fatih-saxlanildi
Oxunma sayı: 2662

Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”nin “Fatih”i Doğukan Güngör saxlanılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 29 yaşlı aktyor narkotiklə bağlı əməliyyat çərçivəsində tutulub.

Qeyd edək ki, bu istintaq çərçivəsində indiyə qədər 36 nəfər həbs olunub.

Xatırladaq ki, aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar eyni istintaq çərçivəsində saxlanılıb və daha sonra sərbəst buraxılıb.