“Fatih”in imamını bıçaqlayan şəxs həbs olundu - Yenilənib

fatihin-imamini-bicaqlayan-sexs-hebs-olundu
Oxunma sayı: 3997

İstanbulun “Fatih” məscidində bıçaqlı insident baş verib. 

“Qafqazinfo” İstanbul Valiliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.

Məlumata görə, bu gün axşam saatlarında naməlum şəxs İstanbuldakı “Fatih” məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Hadisəni törədən şəxs saxlanılıb. Xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

***

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, imamı və vətəndaşı bıçaqla yaralayan Ömər Salgın həbs edilib.