Fatma Girik vəfat etdi

fatma-girik-vefat-etdi
Oxunma sayı: 4599

Tanınmış türkiyəli aktrisa Fatma Girik 79 yaşında vəfat edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bir müddətdir İstanbulda xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, 1942-ci il dekabrın 12-də İstanbulda anadan olan F.Girik daha çox “Yeşilçam” ulduzu kimi populyarlıq qazanıb.

***

Fatma Girikin ölüm səbəbi açıqlanıb.

“Hürriyet”in yazdığına görə, aktrisa COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat edib.