FED 3 il sonra yenidən uçot dərəcəsini qaldırdı

fed-3-il-sonra-yeniden-ucot-derecesini-qaldirdi
Oxunma sayı: 297

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 25 bazis bəndi artıraraq 3,75-4% səviyyəsinə qaldırıb.

“Qafqazinfo” “USA Today” nəşrinə istinadla xəbər verir ki, bu, 2023-cü ilin iyul ayından bəri faizlərin ilk artımı kimi qeydə alınıb.

Qərar Federal Açıq Bazar Komitəsinin ikigünlük iclasının yekunlarına əsasən, qəbul edilib.

Qərarın elan olunmasından sonra FED rəhbəri Kevin Uorş mətbuat konfransı keçirərək açıqlama verəcək. Dərəcənin qaldırılması ölkədə inflyasiya təhlükəsinin yenidən alovlanması ilə bağlıdır. Belə ki, ABŞ-də PCE qiymət indeksi illik müqayisədə 3,7%-ə çatıb ki, bu da hədəflənən 2%-lik göstəricidən xeyli yüksəkdir. Geosiyasi gərginlik fonunda neftin bahalaşması və pərakəndə satışların avqustda 1,2% artması da bu qərara əlavə təkan verib.

Qeyd olunub ki, bu addım qlobal miqyasda kredit xərclərinin yüksək qalması və dolların digər valyutalara qarşı daha da möhkəmlənməsi deməkdir. Lakin inkişaf etməkdə olan bazarlarda, o cümlədən Hindistanda FED-in bu addımı artıq milli valyutalara təzyiq göstərməyə başlayıb.