“Fənərbaxça” Bakıdadır - Fotolar

fenerbaxca-bakidadir
Oxunma sayı: 1173

“Turan Tovuz”la qarşılaşacaq olan Türkiyənin “Fənərbaxça” komandası Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, yoldaşlıq oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.