“Fənərbaxça” Türkiyə Super Liqasının 20-ci həftəsində səfərdə “Kocaelispor”u 2:0 hesabı ilə məğlub edərək vacib üç xalı aktivinə yazdırıb.
“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisinə qələbə qazandıran qolları Marko Asensio və Dorgeles Nene vurub.
Bu nəticə ilə “sarı-lacivərdlilər” çempionatda məğlubiyyətsizlik seriyasını 20 oyuna çatdırıblar. Beləliklə, komanda sonuncu dəfə 2005-2006 mövsümündə qeydə alınan uğurlu start rekordunu 20 ildən sonra yenidən təkrarlayıb.
Matçın diqqətçəkən məqamlarından biri isə Marko Asensionun ardıcıl 7-ci səfər oyununda qol və ya assistlə yadda qalması olub. Digər tərəfdən, sarı kart görən Edson Alvarez cəzalı duruma düşərək növbəti həftə keçiriləcək “Gənclərbirliyi” qarşılaşmasında iştirak edə bilməyəcək. Con Duran, Arçi Braun və yeni transfer Sidiki Şerif isə oyunun heyətinə daxil edilməyiblər.
Qeyd edək ki, “Kocaelispor”un baş məşqçisi Selçuk İnan karyerası boyu rəhbərlik etdiyi klublarda “Fənərbağça”ya qarşı keçirdiyi 6 oyunda hələ də qələbə üzünə həsrət qalıb.
Son xəbərlər
Son Xəbərlər