“Fənərbaxça” prezidenti Sadettin Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində səhər saatlarında İstanbul Ədalət Sarayına gələn Saranın dindirilməsi prosesi başa çatıb.
Məlumata görə, ifadə verdikdən sonra geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasından çıxarılan klub rəhbəri Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. Orada Sadettin Sarandan narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürüləcək.
Qeyd edək ki, ekspertiza prosedurları tamamlandıqdan sonra S. Saranın yenidən məhkəməyə gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, ötən gün klub rəhbərinin evində axtarış aparılmışdı.
***
S.Saran Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda təxminən 45 dəqiqə davam edən prosedurlardan sonra yenidən İstanbul Ədliyyə Sarayına gətirilib.
“Fənərbaxça” prezidenti barəsində ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tətbiq olunmaqla azadlığa buraxılıb.
Son xəbərlər
Son Xəbərlər