“Fənərbaxça”dan biabırçı məğlubiyyət

fenerbaxcadan-biabirci-meglubiyyet
Oxunma sayı: 2498

Türkiyə Superliqasında 37-ci tura yekun vurulub. 

“Qafqazinfo” xəbər verir ki, turun son matçında gümüş medalçı “Fənərbaxça” autsayder “Hatayspor”un qonağı olub. 

Oyunda hesabı açan tərəf İstanbul klubu olsa da, sonradan azlıqda qalan “Fənərbaxça” qapısında 4 qol görməklə xalsız qalıb. 

“Hatayspor” - “Fənərbaxça” - 4:2
Qollar: Youssef En Nesri, 27 (0:1), Ertuğrul Çetin, 44-avtoqol (1:1), Bilal Boutobba, 53 (2:1), Görkem Sağlam, 63 (3:1), Conatan Okoronkvo, 66 (4:1), İrfan Can Kahveci, 90+4 (4:2)
Qırmızı vərəqə: Mert Müldür, 38 (“Fənərbaxça”)

37 turdan sonra 81 xalı olan “Fənərbaxça” 2-ci, 26 xallı “Hatayspor” isə 18-ci yerdədir.