Fərid Əhmədovdan yüksək vəzifəyə - Təyinat - Yenilənib

ferid-ehmedovdan-yuksek-vezifeye
Oxunma sayı: 18983

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.

***

“Unikal”ın məlumatına görə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur. O həmçinin sabiq polis rəisi Nizami Qocayevin qardaşı oğlu, eks-təhsil naziri Misir Mərdanovun bacısı oğludur.

Sail Ağasəlim