Fərid Qayıbov Hüseyn Əl-Müsəlləmi qəbul etdi

ferid-qayibov-huseyn-el-musellemi-qebul-etdi
Oxunma sayı: 768

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Su İdmanı Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycanda su idman növlərinin inkişaf perspektivləri, qarşıdakı beynəlxalq yarışların təşkili və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Federasiyanın baş katibi Oqtay Atayev iştirak ediblər.