Festival bitdi, amma səsi hələ də Bakıdadır - Video

festival-bitdi-amma-sesi-hele-de-bakidadir
Oxunma sayı: 456

Məlum olduğu kimi, Bakıda ilk dəfə Caz və Şərab Festivalı keçirildi.

“Qafqazinfo” xəbər verir ki, aprelin 24-ü başlayan festivalın mayın 3-nə qədər davam etməsi nəzərdə tutulsa da, çoxsaylı istəklər nəzərə alınaraq bu tarix mayın 6-na qədər uzadıldı.

13 gün davam edən festivalda canlı konsertlər, gənc kollektivlərin çıxışları, həmçinin yerli məhsulların təqdimatı, dequstasiyalar və master-klasslar keçirildi.

Əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisini daha geniş auditoriyaya çatdırmaq olan festival proqramları paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılandı.

Festivaldan geriyə qalan görüntüləri təqdim edirik: