Fəxri Kazımov vəzifəsindən azad olundu

fexri-kazimov-vezifesinden-azad-olundu
Oxunma sayı: 8487

Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Fəxri Kazımov 2017-ci ildən sözügedən vəzifəni icra edirdi.