FHN 77 yaşlı qadını belə xilas etdi - Video

fhn-77-yasli-qadini-bele-xilas-etdi
Oxunma sayı: 367

Paytaxtın Nəsimi rayonunda yerləşən yaşayış binasında vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq xüsusi vasitələrin köməyi ilə mənzilin qapısını açıb və köməksiz vəziyyətdə qalan 1949-cu il təvəllüdlü vətəndaşın xilas olunmasını təmin ediblər.