Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax rayonu ərazisində yerləşən Cırdaxan Meşəbəylinin 2 saylı Meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda maarifəndirmə tədbirləri keçirib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, tədbirlərdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və yerli sakinləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirlərdə mövzuya dair maarifləndirici çap materialları paylanılıb, cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.
Son xəbərlər
Son Xəbərlər