7-11 oktyabr tarixlərində Qəbələ–Xankəndi istiqamətində 192 km məsafəni əhatə edən ultramarafon keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə marşrut boyunca Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvə və texnikası ərazilərə cəlb olunub.
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib.






Son xəbərlər
Son Xəbərlər