FIFA “Fənərbaxça”nın transfer qadağasını götürdü

fifa-fenerbaxcanin-transfer-qadagasini-goturdu
Oxunma sayı: 227

FIFA “Fənərbaxça”ya tətbiq etdiyi 3 transfer pəncərəsi müddətinə qoyulan qadağanı ləğv edib.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında yer alıb.

Məlumata görə, “sarı-lacivərdlilər” mərakeşli hücumçu Yusuf En-Nesirinin transferi ilə bağlı borcunu tam tənzimlədikdən sonra FIFA tərəfindən qoyulan məhdudiyyət götürülüb. Bu addımla İstanbul təmsilçisi növbəti transfer pəncərələrində heç bir maneə olmadan yeni futbolçular heyətə qata biləcək.