Türkiyənin NOW telekanalında yayımlanan “Doktor: Başka hayatta” serialı final edir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq ötən həftənin bazar günü, aprelin 12-də 6-cı bölümü efirə gedən serialın artıq yayımlanmayacağı bildirilir.
Məlumata görə, reytinq siyahılarında gözlənilən nəticə əldə olunmadığı üçün kanal rəhbərliyi qəfil qərarla hekayəni sonlandırmaq istəyib.
Baş rollarda İbrahim Çelikkol və Sıla Türkoğlunun yer aldığı serialda ilk bölümdən sonra reytinqlərin düşməsi ilə əvvəl ssenarist, sonra isə rejissor layihədən ayrılıb.
İddialara görə, serial üçün ayrıca final bölümü də çəkilməyəcək.
Serial həm mövzusu, həm də aktyor heyəti ilə böyük maraq doğursa da, baş rol ifaçısı İbrahim Çelikkolun qadağan olunmuş maddə ilə bağlı istintaq çərçivəsində saxlanılması layihəni gündəmin mərkəzinə gətirib. Güclü heyətinə baxmayaraq, serialın ekranlara vida mərhələsinə keçdiyi bildirilir.



Son xəbərlər
Son Xəbərlər