“Finalın Bakıda keçirilməsini istəyirik” - Sərxan Hacıyev - Video

finalin-bakida-kecirilmesini-isteyirik
Oxunma sayı: 914

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatına millimizin hazırlığından danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, komandamızın təlim-məşq toplanışları üçün əvəzedicilər və Gənclər Liqasında format dəyişikliyi olacağını bildirib.

“U-20 milli komandanın hazırlığı üçün bəzi liqalarda oyunları təxirə salmalı olduq. Bu, vacib məsələ idi. Əvəzedicilər liqasının ləğvi müzakirə mövzusudur. Amma bu olmasa belə əvəzedicilər və Gənclər Liqasında format dəyişikliyi olacaq. Çünki milli komandanın hazırlığı üçün bu addımı atmalıyıq. Artıq U-20-nin məşqçilər korpusu bizə 17 aylıq hazırlıq planını verib”, - o qeyd edib.

S.Hacıyev final görüşünün Azərbaycanda keçirilməsini istədiklərini əlavə edib: “Biz bunu istəyirik. O yöndə danışıqlar davam edir”.