Formalar oxşar rəngdə olduğuna görə oyun baş tutmadı - Yenilənib

formalar-oxsar-rengde-olduguna-gore-oyun-bas-tutmadi
Oxunma sayı: 2085

Azərbaycan II Liqasının 17-ci turunda “Xankəndi” – “Şəmkir” görüşünün başlaması gecikir.

“Qafqazinfo” xəbər verir ki, 15.00-da başlamalı olan qarşılaşmada hələ də start fiti çalınmayıb.

Buna səbəb isə komandaların formalarının rənglərinin oxşar olmasıdır. Oxşarlıq səbəbindən hakim matçın başlamasına icazə verməyib. Qarşılaşmanın aqibəti ilə bağlı məlumat veriləcək.

***

Problem aradan qaldırılmadığına görə matç baş tutmayıb.