Peşəkar Futbol Liqası (PFL) 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı Araz Balayevə həsr olunan xüsusi videosüjet hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, süjetdə müharibə iştirakçısı döyüş günlərində futbolun əsgərlərin həyatındakı rolundan danışıb.
O bildirib ki, Qubadlıda qazanılan qələbə sevincini döyüş yoldaşları ilə birlikdə futbol oynayaraq qeyd ediblər: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi. Yoldaşlarımdan biri formasının arxasına kömürlə Qurban Qurbanov yazmışdı”.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər