“Forza Horizon 6” bu tarixdə çıxacaq

forza-horizon-6-bu-tarixde-cixacaq
Oxunma sayı: 264

“Xbox Developer Direct” təqdimatı zamanı “Microsoft” və “Playground Games” şirkətləri yarış həvəskarlarının uzun müddətdir gözlədiyi “Forza Horizon 6” oyununun ilk oyun prosesini nümayiş etdiriblər.

“Qafqazinfo” DTF-ə istinadən xəbər verir ki, seriyanın yeni hissəsi bu dəfə oyunçuları Yaponiyaya aparacaq.

Bildirilib ki, oyunun açıq dünyası seriyanın tarixində ən detallı xəritə olacaq. Yaradıcıların sözlərinə görə, oyun 550-dən çox avtomobillə təqdim olunacaq ki, bütün modellərin fizikası hər bir maşının fərdi xüsusiyyətlərini hiss etdirmək üçün yenidən hazırlanıb.

Qeyd edək ki, “Forza Horizon 6” üçün artıq ön sifarişlər aktivdir. Oyun 19 may tarixində PC və “Xbox Series X/S” platformalarında 70 dollara (119 AZN) satışa çıxarılacaq. 120 dollarlıq (204 AZN) “Deluxe Edition” sahibləri isə oyuna 4 gün əvvəl – 15 maydan daxil ola biləcəklər. “PlayStation 5” istifadəçiləri üçün isə oyunun bu ilin sonlarında təqdim edilməsi planlaşdırılır.