Futbol üzrə Fransa milli komandasının sabiq baş məşqçisi Jan-Lui Qas vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marsel” klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edək ki, Qas 2010-2012-ci illərdə Fransa millisinin köməkçi məşqçisi olub. 2022-2024-cü illərdə Fil Dişi Sahili millisinə rəhbərlik edib. O, Fransanın “Marsel” komandası ilə Avropa Liqasının yarımfinalına yüksəlib və burada komandası İtaliyanın “Atalanta”sına uduzub. Mütəxəssisin son klubu Fransanın “Monpelye”si olub.
Son xəbərlər
Son Xəbərlər