Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

fransa-neft-tankerini-ele-kecirdi
Oxunma sayı: 522

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında “qanunsuz” yanacaq daşınmasında şübhəli bilinən neft tankerini saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.

“Bu səhər Reyunyon adasından 450 dəniz mili cənubda Hərbi Dəniz Qüvvələrimiz saxta bayraq altında üzdüyündən və qanunsuz yanacaq daşıdığından şübhələnilən “DF Peak” neft tankerini ələ keçirib”, – deyə Makron bəyan edib.

Fransa lideri paylaşımına hərbçilərin gəmiyə daxil olmasını əks etdirən görüntüləri də əlavə edib. “Marine Traffic” dəniz izləmə xidmətinin məlumatına görə, gəmi Benin bayrağı altında üzür.

Xatırladaq ki, iyunun 25-də də Fransa HDQ Siciliya sahili yaxınlığında Rusiyanın “Deliver” neft tankerini ələ keçirmişdi. Moskva həmin vaxt Fransanın bu addımını dəniz quldurluğu və beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırmışdı. Mürmanskdan gələn gəmilərin saxlanılması Paris və Moskva arasında açıq dəniz qarşıdurmasını daha da dərinləşdirmişdi.