“İlk növbədə Azərbaycana bu tədbirdə iştiraka dəvət üçün təşəkkür edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut WUF13 çərçivəsində təşkil olunan nazirlərin dəyirmi masasında çıxış edərkən deyib.
Səfirin sözlərinə görə, Fransada məskunlaşma sahəsində prioritet məsələ iqlim dayanıqlığı, mobillik, yerli idarəetmə sisteminin yaxşılaşdırılmasıdır.
Bununla yanaşı, S. Laqut ölkəsinin yaşayış məskənlərinin əlçatanlığı üçün müxtəlif proqramları davam etdirəcəyini diqqətə çatdırıb.
Günel İbrahimova
Foto: Xəyal Vəlizadə

Son xəbərlər
Son Xəbərlər