Məşhur “Friends” (“Dostlar”) serialı ilə tanınan amerikalı aktyor Pat Finn 60 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.
Finnin ölümünün səbəbinin uzun müddətdir mübarizə apardığı xərçəng olduğu bildirilir. Məlumata görə, 2022-ci ildə aktyora sidik kisəsi xərçəngi diaqnozu qoyulub.
Qeyd edək ki, aktyor “Friends” serialında Monikanın sevgilisi Dr. Rocer rolunu oynayıb.




Son xəbərlər
Son Xəbərlər