Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə “VAZ-2107” markalı maşın toqquşub.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatını itirib.
Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, qəzada həyatını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər