Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı döyülüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində Şıxəli adlanan bulaqdan su doldurarkən baş verib.
Rayon sakini Ceyhun Mehdiyev ailəsi ilə birlikdə su doldurarkən orada olan rayon sakinləri ilə aralarında mübahisə yaranıb.
Əlbəyaxa dava nəticəsində Ceyhun Mehdiyev, 1962-ci il təvəllüdlü Alıyev Kazım Əkbər oğlu və onun qardaşları - 1979-cu il təvəllüdlü Alıyev Yalçın Əkbər oğlu, 1966-cı il təvəllüdlü Alıyev Ələsgər Əkbər oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Füzuli RMX-yə çatdırılıb.
Dava zamanı xəsarət alan C.Mehdiyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı vəzifəsində çalışır.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər