Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Kərimbəyli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilinin sərnişinlərinin biri - Beyləqan rayon Mil qəsəbə sakini 1981-ci il təvəllüdlü Mirzəyeva Tərgül Allahyar qızı ölüb.
Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu və avtomobildə olan sərnişinlər - Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 16-sı saat 17:30 radələrində baş verən yol qəzası səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər