Gədəbəydə kənd təsərrüfatı ilə bağlı görülən işlərə baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə görülən işlərlə tanış olublar.
Səfər çərçivəsində Gədəbəy rayonunda heyvandarlıq, balıqçılıq, intensiv bağçılıq təsərrüfatlarına və meyvəqurutma müəssisəsinə baxış keçirilib.






Son xəbərlər
Son Xəbərlər