Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində körpüdən dərəyə aşıb.
Nəticədə 5 nəfər xəsarət alıb.
Yaralılar Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov öncə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər