Xalqımızın çoxəsrlik tarixində qürur və şərəf salnaməsinə çevrilən, milli birliyimizin, dövlətimizin qüdrətinin və sarsılmaz iradəsinin təcəssümü olan 8 Noyabr – Zəfər Günü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, böyük coşqu və yüksək bayram əhval-ruhiyyəsi ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə çəkilmiş film nümayiş olunub, daha sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında təqdim olunan vətənpərvərlik ruhlu mahnılar və rəngarəng musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsert proqramından sonra şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qonaqların iştirakı ilə bayram süfrəsi təşkil olunub.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.










Son xəbərlər
Son Xəbərlər