Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev gənclərlə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, səmimi və açıq dialoq mühitində baş tutan görüşdə gənclərin rəy, təklif və təşəbbüsləri dinlənilib, gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı H.Babayev vurğulayıb ki, bu gün gənclərlə iş sahəsində aparılan fəaliyyətlər ölkəmizdə uğurla icra olunan dövlət gənclər siyasətinin fundamental prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji kurs gənclərin potensialının tam şəkildə üzə çıxarılmasına, onların idarəçilikdə, elmdə, mədəniyyətdə və innovativ sahələrdə aparıcı qüvvəyə çevrilməsinə xidmət edir.
Məhz ölkə rəhbərinin gənclər siyasəti gənclərimizə olan sonsuz inamın və diqqətin bariz nümunəsidir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində müasir Azərbaycan gəncliyi həm yerli, həm də beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edir, dövlətçilik ənənələrinə sadiq və yüksək intellektual fərdlər kimi yetişir.
Görüşün səmimi formatda davam etməsi gənclərin öz yaradıcı ideyalarını və təkliflərini rahat şəkildə ifadə etməsinə şərait yaradıb. Çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.








Son xəbərlər
Son Xəbərlər