“Gedəcəklərini heç kimə deməyiblər...” - Video

gedeceklerini-hec-kime-demeyibler
Oxunma sayı: 3077

Xəbər verdiyimiz kimi, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan Əli və Xədicə Əlimirzəyevlər də həlak olublar.

“Qafqazinfo”nun məlumatına görə, Sudurobada tək yaşayan bacı-qardaş valideynlərini illər öncə itiriblər.

22 yaşlı Əli və ondan 3 yaş kiçik Xədicənin qohumları deyir ki, onlar xaricə gedərkən heç kimə deməyiblər, ölüm xəbərləri yayılanda məlumatları olub: “Uşaqların burada, evdə olduğunu bilirdik. Kim bilirdi ki, onlar özbaşına çıxıb gedəcəklər? ”

Bacı və qardaşın təsərrüfatla, müxtəlif əl işləri hazırlamaqla dolandıqları bildirilir.

Onlar Qusar rayonunda dəfn ediləcək.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə: