Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq

gelen-il-idmana-ve-genclerin-inkisafina-bu-qeder-pul-ayrilacaq
Oxunma sayı: 281

“Növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, o cümlədən beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsi üçün 15,2 milyon manat, 76 idman obyektinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərclərin ödənilməsi üçün 11,9 milyon manat, idmançıların və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada yüksək idman nailiyyətlərinin stimullaşdırılması məqsədilə 3,9 milyon manat, digər idman tədbirlərinə 4,8 milyon manat vəsait proqnozlaşdırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“2027-ci ildə gənclər siyasəti xərcləri üzrə 12,9 milyon manat, o cümlədən 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılması üçün 5,3 milyon manat, gənclərin inkişafı ilə bağlı digər tədbirlər üzrə 7,6 milyon manat vəsait proqnozlaşdırılıb. 

2027-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi xərcləri üçün 7,1 milyon manat vəsait nəzərdə tutulub”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı