Gənc aktyorlar evlənir - Fotolar

genc-aktyorlar-evlenir
Oxunma sayı: 12450

Gənc Tamaşaçılar Teatrının əməkdaşları ailə qurmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, gənc aktrisa Aygün Fətullayeva həmkarı Sənan Kazımovla nişanlanıb.

Bu barədə onlar sosial şəbəkə hesablarında paylaşım ediblər. Cütlüyün nişan mərasimi ötən gün baş tutub. 

Qeyd edək ki, Sənan Kazımov Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun oğludur.