Gəncə neft bazasının fəaliyyəti bərpa olundu - Fotolar

gence-neft-bazasinin-fealiyyeti-berpa-olundu
Oxunma sayı: 1051

Bir müddət əvvəl təmirə bağlanan Gəncədəki 6 saylı Neft Baza Sahəsi yenidən fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, artıq bir neçə gündür qurumun iş qrafiki bərpa olunub və əraziyə benzin, eləcə də dizel yanacağının daşınmasına başlanılıb.

Məlumata görə, bazanın işçi heyəti də tam tərkibdə iş başına qayıdıb.

Xatırladaq ki, 6 saylı Gəncə Neft Baza Sahəsi təmir və yenidənqurma işləri ilə əlaqədar bir müddət əvvəl fəaliyyətini müvəqqəti dayandırmışdı. Sözügedən baza, əsasən, Gəncə şəhəri və ətraf bölgələrin yanacaq təminatında mühüm rol oynayır.

Yunis Quliyev