Gəncədə 3 nəfər dərmandan zəhərləndi - Biri öldü, ikisinin durumu ağırdır

gencede-3-nefer-dermandan-zeherlendi
Oxunma sayı: 791

Gəncədə üç nəfər dərmandan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, həmin şəxslərdən biri 1958-ci il təvəllüdlü İsmayılıov Alik ölüb.

Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onların da vəziyyəti ağırdır.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Yunis Quliyev