Gəncədə qadın bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1966-cı il təvəllüdlü şəhər sakini Xoşqədəm Məmmədli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının bıçaqlanmasında həyat yoldaşı 61 yaşlı Adil Məmmədov şübhəli bilinir. Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər