Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Aygül Həsənova, 2023-cü il təvəllüdlü N. Məmmədli və 2021-ci il təvəllüdlü U. Məmmədli xəsarət alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər