Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobillə “Chevrolet” markalı maşın toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova, həmçinin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Vüsal Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev