Gəncədə avtomobil qəfil alışaraq yandı - Fotolar

gencede-avtomobil-qefil-alisaraq-yandi
Oxunma sayı: 485

Gəncədə “Chevrolet Cruze” markalı avtomobil qəfil alışaraq yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Yanğın nəticəsində avtomobil tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını alıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev