Gəncədə “Baku Bus” qəza törətdi - Fotolar - Yenilənib

gencede-baku-bus-qeza-toretdi
Oxunma sayı: 1022

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.

Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.

***

“BakuBus” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 12:48 radələrində “BakuBus” MMC-nin istismarında olan 19 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib: “İlkin məlumata əsasən, hadisəyə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qəfil avtobusun qarşısına çıxması səbəb olub. Avtobusun sürücüsü toqquşmadan yayınmaq məqsədilə nəqliyyat vasitəsini sağ istiqamətə yönəldib və nəticədə avtobus yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisədən sonra avtobus operativ şəkildə ehtiyat avtobusla əvəz edilib, sərnişinlərin səfərlərini davam etdirməsi təmin olunub və marşrut xətti üzrə hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır”.

Yunis Quliyev